- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 85
- Noyabr 21, 2024
- 0
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess- 2016” superturnirinin 6-cı turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. Allsport.az saytı xəbər verir ki, partiyadan sonra adı ilk çəkilən qrossmyester matç haqda bunu deyib:
“Şəhriyarla oyun heç-heçə başa çatdı. Heç bir üstünlük yox idi. Ona görə də bərabərlik qaçılmaz oldu. Fikrimcə, partiyada fəallıq hiss olunmurdu”.
Teymur Rəcəbov Şəmkir turnirində çalışdığı məşqçinin adını çəkmək istəmədiyini bildirdi: “Əlbəttə, kompyuter vasitəsilə hazırlaşırıq. Kömək edən insanların adını çəkmək istəmirəm. Bəzən şahmatçı məşqçini yarışa özüylə gətirir ki, rəqibləri qorxutsun. Belə amilləri xoşlamıram. İşlədiyim məşqçilərin adını açıqlamaq istəməzdim”.
Bakı Şahmat Olimpiadasının Azərbaycanın həyatında xüsusi yer tutacağını deyən Rəcəbov şahmatın ölkəmizdə inkişafda olduğunu vurğuladı: “Ölkədə şahmatın inkişafı üçün hər cür şərait var. Məktəblərdə şahmat dərsləri keçirilir. Üstəlik dövlət səviyyəsində şahmatçılar üçün bütün imkanlar yaradılıb. Azərbaycanda şahmata böyük maraq var. Fikrimcə şahmat ölkədə bir nömrəli idman növüdür. Olimpiadaya hazırlıq barədə federasiyada proqram hazırlanıb. Bu barədə federasiyada ətraflı məlumat verilə bilər”.