- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 123
- Fevral 06, 2026
- 0

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/16 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Allsport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında tay-brekdə İsrail təmsilçisi İlya Smirin üzərində qazanılan qələbə haqda danışıb:
“Smirinə qarşı keçirdiyim hər iki oyun çətin oldu. Məhz buna görə hər şey tay-brekdə həll olundu. Təbii ki, Şəhriyar Məmmədyarov və Qədir Hüseynovla birgə 1/16 finala yüksəldiyim üçün çox şadam. Qarşıdakı mərhələlərdə də uğur qazanmaq istəyirəm. Bununla kifayətlənmək fikrində deyiləm. Əsas məqsəd iddiaçılar turnirinə vəsiqə qazanmaqdır. Çox istərdim ki, şahmatçılarımızdan biri final mərhələsinə vəsiqə qazansın”.