- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 128
- Fevral 06, 2026
- 0
Bakıda Dünya Kuboku həyacanı ekvator xəttinə yaxınlaşıb. Allsport.az saytı xəbər verir ki, bu gün 1/16 finalın tay-brek görüşləri keçirilib. Həlledici mərhələdə şahmatçımız Teymur Rəcəbov Rusiya qrossmeysteri Pyotr Svidlerlə mübarizəni davam etdirib.
Dünən qrossmeysterlər hər 2 partiyada xalı yarıya bölüblər. Bu gün lotoreyada rəqib üstün olub. Tay-rekin son matçında həmyerlimiz məğlubiyyətlə barışıb – 0,5:1,5. Beləliklə, Teymur Rəcəbov da Dünya Kubokunda çıxışını başa vurub.
Senyabrın 18-də Qədir Hüseynov Çin təmsilçisi Dinq Liren 0,5:1,5 hesabı ilə uduzaraq, turnirlə vidalaşmışdı. Xatırladaq ki, mötəbər yarışda mübarizəni davam etdirən yeganə təmsilçimiz Şəhriyar Məmmədyarovdur.