- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Hamburqda keçirilən FIDE qran-prisinin üçüncü mərhələsinin birinci turunda 1/8 finalın cavab partiyaları oynanılacaq. Allsport.az xəbər verir ki, dünyanın 16 ən güclü şahmatçısının qatıldığı turnirin birinci turunda Teymur Rəcəbov rusiyalı Daniel Dubov ilə cavab oyunu keçirəcək.
Cavab qarşılaşması da heç-heçə başa çatarsa, qalibi müəyyənləşdirmək üçün tay-brek oynanılacaq.
Dörd mərhələdən ibarət FIDE qan-prisində ümumilikdə 21 şahmatçı gücünü sınayır. Şahmatçıların hər biri turnirin yalnız üç mərhələsində iştirak edə bilər. Yarışın iyulun 11-24-də Riqada keçirilən əvvəlki mərhələsində Şəhriyar Məmmədyarov qalib adını qazanıb. Teymur Rəcəbov isə həmin mərhələdə iştirak etməyib. Qran-pri seriyasının mayda Moskvada keçirilən birinci mərhələsində isə hər iki təmsilçimiz ilk raundda uduzduğu üçün turnirlə vidalaşmalı olub.
Qran-pri turnirinin dekabrın 10-dan 24-dək Təl-Əvivdə keçiriləcək dördüncü mərhələsində həm Şəhriyar Məmmədyarov, həm də Teymur Rəcəbov mübarizə aparacaq.