- Baxış sayı: 60
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının növbəti turniri start götürüb. Allsport.az xəbər verir ki, “New In Chess Classic” adlanan turnirdə şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla ilk 5 turda mübarizə aparıblar.
Teymur Rəcəbov 3 qələbə qazanıb və 2 heç-heçə edib. Rəcəbov 4,5 xalla turnir cədvəlinin vahid lideridir.
Şəhriyar Məmmədyarov isə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə günü başa vurub. Təmsilçimiz 2,5 xalla 7-cidir.