- Baxış sayı: 72
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirinin yarımfinal mərhələsi start götürəcək. Allsport.az xəbər verir ki, 1/4 finalda niderlandlı Aniş Giriyə qalib gələn Teymur Rəcəbov yarımfinalda Maqnus Karlsen ilə qarşılaşacaq.
Bu gün şahmatçılar yarımfinalın dörd partiyadan ibarət birinci dövrəsində üz-üzə gələcəklər.
Digər yarımfinal oyunu Rusiya təmsilçisi Yan Nepomnyaşi ilə ABŞ şahmatçısı Uesli So arasında baş tutacaq.