Teymur Rəcəbov qalib şansını itirdi

Bakıda keçirilən FIDE qran-pri turnirində bu gün 10-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, hesabat turunda həmyerlimiz Teymur Rəcəbov İsrail təmsilçisi Boris Gelfanda uduzmaqla, qalib şansını itirib. Digər şahmatçımız Şəhriyar Məmmədyarov ABŞ-lı Hikaru Nakamura ilə xalı yarıya bölüb.

 

Rüstəm Qasımcanov (Özbəkistan) – Aleksandr Qrişuk (Rusiya) 0:1
Leyner Domingez (Kuba) – Fabiano Karuana (İtaliya) 0:1
Yevgeni Tomaşevski (Rusiya) – Dmitri Andreykin (Rusiya) 1:0
Sergey Karyakin (Rusiya) – Pyotor Svidler (Rusiya) 1/2 – 1/2
Boris Qelfand (İsrail) – Teymur Rəcəbov (Azərbaycan) 1:0
Hikaru Nakamura (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan) 1/2 – 1/2 

 

TURNİR CƏDVƏLİ: Karuana, Qelfand – 6 xal;, Karyakin, Nakamura, Tomaşevski, Svidler – 5,5; Qasımcanov, Qrişuk, Rəcəbov – 5; Məmmədyarov, Qasımcanov – 4,5; Andreykin – 4; Dominges.

Həmin kateqoriyadan