- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 86
- Noyabr 21, 2024
- 0
“Shamkir Chess-2016” superturnirində 4-cü turun görüşləri davam edir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan şahmatçıları Eltac Səfərli və Teymur Rəcəbov bu turda heç-heçə oynadılar. Rəqiblər 33-cü gedişdə sülh imzaladılar.
Partiyadan sonra rəqiblər oyun haqda bunları dedilər:
“Ümumiyyətlə maraqlı oyun alındı. Oyun ilk gedişdən bərabər səviyyədə başladı və sonadək belə davam elədi. Bəlkə də bunu dünən futbola baxmağımızla izah etmək olar. Belə ki, hər ikimiz UEFA Çempionlar Liqasının final görüşünü izlədiyimiz üçün gec yatmışıq.
Jurnalistlərin hansı futbol komandasına azarkeşlik edirsiz sualına Teymur Rəcəbov belə cavab verdi: “Heç vaxt hansısa bir futbol komandasına azarkeşlik etməmişəm. Dünənki oyuna isə sadəcə olaraq bir şounun şahidi olaçağı üçün baxdım. Mənim fikrimcə, “Real Madrid” komandasında bütün ulduzların toplaşması ədalətsizlikdir. İspaniyada dəfələrlə olmuşam və orada azarkeşlərin həyəcanlarını da görmüşəm. İspaniya azarkeşlərinə tamaşa etmək çox maraqlıdı. Amma belə Britaniyanın “Tottenhem” komandasının oyunlarını izləyirəm”.
Eltac Səfərli də həmçinin qeyd etdi ki, böyük futbol azarkeşi deyil. Ona bu turnirdə yardım edən qrossmeyster Nicat Abasov “Real Madrid”in fanatı olduğundan birgə azarkeşlik edirdilər.