- Baxış sayı: 33
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 101
- Dekabr 05, 2025
- 0

Azərbaycan şahmatçısı Teymur Rəcəbov sabah start götürəcək “Şahmat ulduzları 4,0” turnirində iştirak edəcək.
Allsport.az xəbər verir ki, Moskvadakı yarışda Vladislav Artemyev, Sergey Karyakin, Yevgeni Tomaşevski (hamısı Rusiya), Amin Tabatabai (İran), Raunak Sadvani (Hindistan), həmçinin Hou İfen (Çin), Aleksandra Qoryaçkina, Yekaterina Lahno və Valentina Qunina (hamısı Rusiya) mübarizə aparacaqlar.
Şahmatçılar iyunun 27-29-da rapiddə qüvvələrini sınayacaqlar. İyulun 1-2-də blitsdə ən güclülər bəlli olacaq.