- Baxış sayı: 60
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 51
- Noyabr 21, 2024
- 0
Parisdə Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour”un ikinci mərhələsinin rapid üzrə son turları keçiriləcək. Allsport.az xəbər verir ki, şahmatçımızla yanaşı, turnirdə Yan Nepomnyaşi, Vladimir Kramnik, Peter Svidler (hər üçü Rusiya), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşe-Laqrav, Etienne Bakrot (hər ikisi Fransa), Alireza Firuzca (İran), Riçard Rapport (Macarıstan), Levon Aronyan (Ermənistan) mübarizə aparır.
Təmsilçimizin rapid yarışlarının son turlarında rəqibləri Etienne Bakrot, Riçard Rapport və Yan Nepomnyaşi olacaq.
Şahmatçımız ötən turların nəticələrinə görə, 6 xalla 4-6-cı yerləri bölüşür.
İyunun 21-də isə “Grand Chess Tour”un blits turniri keçiriləcək.