- Baxış sayı: 63
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 87
- Noyabr 21, 2024
- 0
Berlində sürətli şahmat üzrə dünya çempionatının mükafatçıları müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, 46 ölkədən 158 şahmatçının qələbə uğrunda mübarizə apardığı çempionatda ölkəmizi beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Namiq Quliyev təmsil ediblər. Adı ilk çəkilən təmsilçimiz yarışın bürünc medalını qazanıb.
Turnirin qalibi adını 15 turdan sonra hesabına 11,5 xal yazdıran Norveç təmsilçisi, klassik şahmat üzrə dünya çempionu Maqnus Karlsen yiyələnib.
Təmsilçimiz Teymur Rəcəbov, rusiyalı Yan Nepomniatçi və Kuba şahmatçısı Perez Leyner Dominqez hərəyə 10,5 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüblər. Azərbaycan qrossmeysteri əlavə göstəricilərə görə, bürünc medala sahib olub.
Şəhriyar Məmmədyarov 10 xalla 5-12-ci yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə 10-cu yeri tutub. Qədir Hüseynov 9,5 xalla 24-cü, Rauf Məmmədov 8 xalla 52-ci, Eltac Səfərli isə 54-cü pillədə qərarlaşıb.
Dünya çempionatı İsveçrə sistemi üzrə 15 turdan ibarət olaraq keçirilib. Oktyabrın 13-14-də isə blits turniri keçiriləcək.