- Baxış sayı: 79
- 01 Dekabr 2024 10:00
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Paytaxtda keçirilən şahmatçılar arasında qran-pri turnirində Teymur Rəcəbov Kuba təmsilçisi Lenyer Domingeslə xalı yarıya böldü. Allsport.az saytı xəbər verir ki, hər iki qrossmeyster mətbuat konfransında matç barədə danışıb.
Teymur Rəcəbov: “Bütün gedişləri hesablaya bildim. Üstünlük qazanmaq üçün müəyyən gedişləri yerinə yetirdim. Heç-heçə imkanı var idi. Amma o gedişlərdən yayınmağa çalışdım. Ağ fiqurların qaralara qarşı kəskin hücum reallaşdırmağı görünmürdü. Bununla belə maraqlı oyun alındı. Üstünlüyü sona qədər saxlamaq mümkün olmadı. Üstünlük itiriləndən sonra partiya heç-heçəyə gedirdi”.
Lenyer Dominges: “Vəzirlə gedişlər etdim. Rəqibin üstünlüyü partiyanın əvvəlində hiss olunurdu. Bununla belə üstünlük sona qədər qorunmadı. Mənim üçün turnirdə ən maraqlı partiya oldu. Ağ fiqurlar vəziyyətdən üstün istifadə edə bilmədi. Bütün gedişləri hesabladım. Sözün əsl mənasında bu partiyadan zövq aldım. Oyun bir neçə istiqamətə yönələ bilərdi. Heç-heçə yaxşı və oyuna uyğun nəticədir”.