- Baxış sayı: 72
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü – “Opera Euro Rapid” mərhələsində Teymur Rəcəbovun rəqibləri müəyyənləşib. Allsport.az xəbər verir ki, şahmatçımız fevralın 6-da start götürəcək yarışın ilk turunda Matias Blubauma (Almaniya) ilə qarşılaşacaq.
Günün sonrakı 3 qarşılaşmasında isə təmsilçimiz amerikalı şahmatçılar – Sem Şenkland, Leyner Dominqes və polşalı Yan-Kşıştof Duda ilə mübarizə aparacaq.
Turnirdə 16 şahmatçı mübarizə aparacaq.