Tiflisdə 12 medal

Tiflisdə keçirilən parapauerliftinq üzrə Avropa açıq çempionatında 6 idmançı ilə iştirak edən komandamız turniri 12 medalla başa vurub.

Allsport.az xəbər verir ki, 16 yaşlı İlhamiz Kərimov (+107 kq) ən yaxşı qaldırmada 115 kq, ümumi qaldırmada isə 330 kq nəticə göstərərək hər iki göstərici üzrə Avropa açıq çempionatının yeniyetmələr arasında qalibi olub.

15 yaşlı Elcan Səmədzadə (49 kq) 80 kq nəticə göstərərək həm ümumi qaldırmada, həm də ən yaxşı qaldırmada hər iki göstərici üzrə yeniyetmələr arasında bürünc medalçı olub.

19 yaşlı Rəsul Zəkiyev (97 kq) ümumi qaldırmada 358 kq, ən yaxşı qaldırmada isə 126 kq nəticə göstərərək hər iki göstərici üzrə gənclər arasında gümüş medal qazanıb.

Yarış açıq Avropa çempionatı statusu daşıdığından hər üç parapauerliftinqçimizə eyni əyarda 4 medal təqdim olunub.

Həmin kateqoriyadan