- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Sabah Tiflisdə “Böyük dəbilqə” start götürəcək. Allsport.az saytı xəbər verir ki, 80 ölkənin 465 cüdoçunun qatıldığı beynəlxalq yarışın püşkü atılıb. Azərbaycan millisinin 11 üzvünün də iştirak edəcəyi turnirdə ilk rəqiblər müəyyənləşib. 60 kq-da Kəramət Hüseynov Rodriqo Kosta Lopez (Portuqaliya), Oruc Vəlizadə ukraynalı Oleq Verediba ilə qarşılaşacaq. 66 kq-da Yaşar Nəcəfov kubalı Orlando Polonka ilə gücünü sınayacaq.
81 kq-da Zelim Tskayev Komi Bedel (İtaliya), Murad Fətiyev Yakob Gemer (İsrail) ilə üz-üzə gələcək. 100 kq-da Aslan Mirzəyev Reda Nefşa (Qətər), +100 kq-da Uşangi Kokauri Qalimjan Krıkbay (Qazaxıstan) – Camal Ərdoğan (Türkiyə) cütünün qalibi ilə görüşəcək.
Çəkisi 48 kq olan qızların yarışında Leyla Əliyevanın rəqibi türkiyəli Gülkader Şəntürk, Aişə Qurbanlının rəqibi isə sloveniyalı Marusa Stangar olacaq. 52 kq-da Gültac Məmmədəliyeva ABŞ cüdoçusu Anjelika Delqado, Şəfəq Məmmədova isə ingiltərəli Jasmin Cavadian ilə tutaşacaq.