- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Cüdo millinin 66 kq-da öncülü Nicat Şıxəlizadə İlaxır çərşənbədə süfrə arxasında qənimətlərini nümayiş etdirib. Allsport.az saytı xəbər verir ki, titullu idmançımız qonaq otağının güncündə kuşə düzəltdirib və ora qazandığı mükafatları cəm edib.
Onun medal kolleksiyasında dünya çempionatının bürünc (2005), İslam oyunlarının (2017), Bakı “Böyük dəbilqə” (2015), Əbu-Dabi (2012), Tiflis (2014), Qingdao (2015) mükafat yarışlarının qızıl, “Dünya ustaları” və digər qran-prilərin gümüş və bürünc medalları var.
Nicatın hazırda olimpiya reytinqində 2402 xalı var, 17-ci yerdədir və bu göstərici ona Tokio-2020-yə yollanmağa imkan verir.