- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Avropa çempionu, komandaların yarışında dünya çempionatının qalibi, tanınmış şahmatçı Yevgeni Tomaşevski bir müddət ölkəmizdə fəaliyyət göstərəcək. Allsport.az xəbər verir ki, rusiyalı mütəxəssis yeniyetmə və gənc şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.
Federasiya yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığmanın hazırlıq səviyyəsini artırmaq məqsədi ilə Tomaşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib.
Şahmatçıların hazırlığı fərdi inkişafa uyğun xüsusi proqramla keçiriləcək.