- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 128
- Fevral 06, 2026
- 0
FİDE yeni əmsalı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, 100 ən yaxşı arasında bizdən 6 kişi şahmatçı yer alıb. Millimizin öncülləri mövqelərini qoruyublar. Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı, Teymur Rəcəbov 2763 xalla 10-cudur.
Yeri dəyişməyən Qədir Hüseynov 72-ci sıradadır (2665 xal). Komandamızdan ayrılmasına baxmayaraq, Azərbaycandan göstərilən Arkadi Naydiç 24 pillə irəliləyib (2663 xal, 73-cü).
3 addım geriləyərək 87-ci sıraya yuvarlanan Nicat Abbasov 2656 xala malikdir. 2 xal geri qalan Rauf Məmmədov 4 pillə geriləyərək 91-cidir.