- Baxış sayı: 156
- 04 Dekabr 2025 23:43
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

UFC çempionu İliya Topuriya kolleksiya kartları bazarında rekord qırıb.
Allsport.az xəbər verir ki, bundan əvvəl Topuriya Çarlz Oliveyranı nokaut edərək yüngül çəkidə yeni UFC çempionu olub. Qısa müddət sonra, 2022 Panini kolleksiyasından bir növ Topuriya kartı “Qoldin” hərracında 101 min dollara satıldı.
Topuriyanın kartı UFC tarixində ən bahalı kart olub. Əvvəllər rekord 2022-ci ilin mayında 79 min dollara satılan Həbib Nurməhəmmədovun olduğu unikal kart idi.