Trek velosipedi üzrə ölkə çempionatına start verilib

İyulun 22-də respublika velotrekində trek üzrə Azərbaycan çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, bütün yaş kateqoriyaları üzrə keçirilən yarışda ümumilikdə 80 idmançı mübarizə aparır.

3 gün davam edəcək çempionatın ilk günündə velosipedçilər GİT-200 və GİT-500 metr, həmçinin qrup yarışlarında (48 və 72 dairə) mübarizə aparırlar. İyulun 23-də isə idmançılar 2 və 3 km məsafələrə fərdi ötüşmələrdə və çıxmaqla qrup yarışlarında iştirak edəcəklər.

Çempionatın son günündə (iyulun 24-də) velosipedçilər 7,5 və 10 km məsafələrə skretç, həmçinin sprint növləri üzrə güclərini sınayacaqlar. GİT-200 metr yarışında ilk 1-12-ci yeri tutan velosipedçilər sprint üzrə mübarizə aparmaq hüququ qazanacaqlar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish