- Baxış sayı: 71
- 24 Mart 2026 23:23
- Baxış sayı: 127
- Mart 25, 2026
- 0

Yeniyetmələrin Avropa olimpiya festivalında cüdoçumuz Turan Bayramov (60 kq) baş mükafata sahib çıxdı. Allsport.az saytı xəbər verir ki, qalib idmançı KİV-ə açıqlamasında bunu dedi:
“Final görüşüm çətin oldu. Buna rəğmən, qızıl xalda ippponla qalib gələ bildim. Qələbəni valideynlərimə və məşqçilərimə həsr edirəm. Bu il Polşada keçirilmiş Avropa birinciliyində 1-ci yer tutdum.
Olimpiya festivalında da eyni nəticəni təkrarladım. Qarşıda dünya çempionatı gəlir. Hədəfim, orda da qızıl medal qazanmaqdır”.