- Baxış sayı: 117
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 7-ci “Zirvə” beynəlxalq uşaq oyunlarında boks yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, AAAF kompleksin mərkəzi yarış zalında Azərbaycan, Qazaxıstan, Özbəkistan və Gürcüstandan ümumilikdə yüzdən çox gənc boksçu medallar uğrunda mübarizə aparıblar. Yüksək səviyyəli təşkilatçılıqla müşayiət olunan yarış şəxsi xarakterli olub olimpiya sistemi ilə kecirilib.
2005-2006 təvəllüdlü boksçular 35.5 kq, 37, 38.5, 40, 41.5, 43, 44.5, 46, 48, 50, 52, 54, 56, 59 və 62 kq çəki dərəcələrində qalibləri müəyyən etdilər. Ağır, gərgin və son saniyələrə qədər mübarizə ilə müşayiət olunan döyüşlər rinq həvəskarı olan tamaşaçıların rəğbətini toplayıb.
İştirakçılar yeniyetmə olmalarına baxmayaraq, qızıl medalı əldə etmək üçün rinqdə əsl kişi əzmi nümayiş etdiriblər. Yarış özbək və azərbaycanlı döyüşçülərin böyük rəqabəti əsnasında keçib. Fəxri kürsünün ən yüksək pilləsinə müvafiq olaraq Abdurəsulov Xumoyunmirzə, Nihad Zeynalov, Xojauakber Maxmudov, Farrux Tulaqanov, Jomoloddin Xolikov, Məhəmmədəli Qasımzadə, Əli Əliyev, Kənan Babayev, Nadir Məlikov, Lazızbek Tulxınov, Daler Bozorov, Mehman Qasımlı, Coxongir Narziyev, Abdulaziz Abduraxmanov və Ayxan Əliyev qalxıblar. Mükafat qazanan idmançılara medal, sertifikat və xatirə hədiyyələri təqdim olunub.