- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budaklı “Qaziantep BB” bu turda yığmamızın sabiq hücumçusu Branimir Subaşiçli “Manisaspor”u qəbul edib.
Oyun manisalıların 2:0 hesablı səfər qələbəsiylə başa çatıb. Rəhman bu matçın iştirak ərizəsində yer almayıb. Vaqiflə Ufuk isə meydana start heyətdə çıxıb. Budak sonadək oynadığı halda, Cavadov 74-cü dəqiqədə əvəzlənib. Əks düşərgədə isə Subaşiç start heyətdə meydana çıxsa da, 90-cı dəqiqədə əvəzlənib. O, 13-cü dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
Qeyd edək ki, “Manisaspor” hazırda 10 xalla turnir cədvəlinin 10-cu, “Qaziantep BB” isə 8 xalla 17-ci pilləsində qərarlaşıb.