- Baxış sayı: 31
- 08 Yanvar 2025 20:24
- Baxış sayı: 626
- Yanvar 03, 2025
- 0
Qadın voleybolçuların yüksək liqasının 3-cü turunda “Azərreyl” şərti ev sahibi olaraq “Murov Az Terminal”a 3:0 qalib gəldi. Görüşdən sonra “dəmiryolçular”ın 4-cü mövqe oyunçusu Fatma Dəmir qələbə sevincini allsport.az saytı ilə bölüşdü:
“Rəqib güclü komanda sayılır. Amma oyun zamanı çətinlik çəkmədik. Hər halda, bəsid bir qələbə də saymaq olmaz. Son setdə konsentrasiya əskikliyi yaşadıq. 2:0-dan sonra arxayınlaşmışdıq. Lakin son anda toparlandıq.
Liqada 2 qələbəmiz var, bu şəkildə davam etmək niyyətindəyik. Bu mövsüm də hədəfimiz çempionluqdur. Təəssüf ki, avrokubokda eyni məqsədə çata bilmədik. Ancaq qarşıdakı ildə yenidən cəhd edəcəyik”.