- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
1-3 apreldə Antalyada cüdo üzrə “Böyük dəbilqə” keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, 66 ölkədən 552 idmançının qatıldığı turnirdə Azərbaycanı yarışda ölkəmizi baş məşqçi Riçard Trautmanın rəhbərliyi ilə kişilərdə Turan Bayramov, Rövşən Əliyev (hər ikisi – 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Murad Fətiyev, Elcan Hacıyev (81 kq), Rüfət İsmayılov (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri və İmran Yusifov (+100 kq) təmsil edəcəklər.
Qadınlarda baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə Leyla Əliyeva, Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Günel Həsənli (70 kq) mübarizə aparacaqlar.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.