- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 171
- Fevral 06, 2026
- 0

Yeniyetmə cüdoçular (U-15) arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Allsport.az saytı xəbər verir ki, “Xilasedici” idman-sağlamlıq mərkəzində son gündə oğlanlarda Xəzər Heydərov (42 kq), Əli Hümbətov (55 kq), Səyid Şərifov (73 kq), Səid Hüseynov (+73 kq) qalib olublar.
Qızlar arasında Nərmin Məmmədli (36 kq), Aysun Məmmədova (52 kq), Mələk Bayramlı (63 kq) və Leyli Qurbanova (+63 kq) fərqləniblər.