- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Xilasedici” idman-sağlamlıq mərkəzində U-23 qadınlar və kişilərlərin Azərbaycan çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın açılışında Azərbaycan cüdo federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və milli olimpiya komitəsinin nümayəndəsi İntiqam Səfərov ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.
Odlar yurdunda məşhur idman növlərindən biri olan cüdonun da daha geniş yayılması və kütləviləşməsi istiqamətində görülən işlərin davam etdirildiyi bildirilib. Bu idman növü üzrə yeniyetmələr, gənclər və böyüklərdən ibarət komandalarımızın beynəlxalq arenalarda böyük nailiyyətlər qazandıqlarını qeyd edən çıxışçılar iştirakçılara uğurlar arzulayıblar.
Turnirin 1-ci günündə 4 çəki dərəcəsində 150 idmançı arasında qaliblər müəyyənləşib. Qadınlarda Ramilə Əliyeva (48 kq), Leyla Hüseynova (63 kq), kişilərdə Kənan İsmayılov (60 kq) və Adil Adilzadə (81 kq) 1-ci yer tutublar.