- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 163
- Yanvar 19, 2025
- 0
Heydər Əliyev Mərkəzində keçirilən Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirində 8-ci turun görüşləri başa çatıb. Allsport.az xəbər verir ki, “Synergy Group”un təşkilatçılığıyla keçirilən yarışın 8-ci turunda Amerika şahmatçısı Uesli So norveçli qorssmeyster Maqnus Karlsen ilə sülh bağlayıb.
Oyundan sonra hər iki qrossmeyster öz oyunları barədə jurnalistlərlə fikirlərini bölüblər.
Dünya çempionu Maqnus Karlsen turnirin onun üçün çox yaxşı keçdiyini qeyd edib: “Yekun nəticə çıxartmaq üçün səbirsizliklə son turu gözləyirəm. Ümidvaram ki, istədiyim nəticəni alacağam və Vüqar Həşimov Memorialının ikiqat qalibi olacağam”.
“Ən çox hansı rəqiblə oyun sizə daha çox təsir bağışladı” sualına, Maqnus Karlsen 5-ci turda Fransa təmsilçisi Maksim Vaşye-Laqravla partiyanı qeyd edib: “Beşinci turda ağ fiqurlarlarla oynadım. Fikrimcə, ən maraqlı oyun idi, çünki oyunun əvvəlindən çox qeyri-adi pozisiya əldə etdim bu turda”.
Amerikalı Uesli So isə bunları qeyd edib: “Çox şadam ki, bu turnirdə iştirak edirəm. Oyunuma gəldikdə isə demək istəyirəm ki, turnirin birinci hissəsində daha yaxşı oyun göstərdim. Amma təəssüflər olsun ki, fasilədən sonrakı turlarda istədiyim oyunu alındıra bilmədim. Fikrimcə, turnirin qalibi elə mənim bu günkü rəqibim Maqnus Karlsen olacaq. Rəqiblərimə gəldikdə isə, çox güclü heyətlə oynadım. Bu turnirdə maraqlı oyunlarımdan ən çox birinci turda qarşılaşdığım holland Aniş Giriyə qalib gəldiyim və bu gün Maqnus Karsenlə görüşdüyüm oyunu qeyd etmək istərdim”.