- Baxış sayı: 30
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Kuinton Rampeyc Cekson köhnə MMA məktəbinin ən xarizmatik döyüşçülərindən biridir. Allsport.az saytı xəbər verir ki, eksentrik şəxsiyyəti, açıq-saçıqlığı, kobud qara yumoru, aqressiv döyüş tərzi və imzası onu həm Yaponiyada, həm də ABŞ-da ulduz edib.
Ancaq indi Rampeyc yaxşı döyüşür, ya yox, bu onuncu şeydir, əsas gözəl müsahibələr verməyi və gözəl həyat hekayələri paylaşmağı unutmayır. Bu yaxınlarda, yeri gəlmişkən, o,çox maraqlı şeylər söyləyib – uşaqlıqda öz atasını necə döydüyünü, feminist bir qız böyütdüyünü və qadın arxaları üzrə mütəxəssis olduğunu söyləyib:
“Mənim Yaponiyadan olan həyat yoldaşım vardı. Mən onunla bir neçə səbəbdən evləndim, amma əsas səbəb onun kimisini heç vaxt görməyəcəyimə əmin olmağım idi. Zaldan gəlirdim, hamam artıq hazır olurdu. O məni içəri salır, yuyundurur, ovuşdurur, sonra qurulayıb paltar geyindirirdi. Vannadan çıxanda, yemək süfrədə idi.
O, sadəcə mənə qulluq edirdi və ondan bunu xahiş etməmişdim. O belə idi. Buna görə də asiyalıları təqib etməyə başladım. Hamısı belə deyil, amma ümumilikdə çox mədənidirlər, xüsusən Yaponiya, Filippin, Tailand kimi yerlərdən olan qızlar”.