UFC tarixində 10-cu dəfə

İyunun 29-u Las-Veqasda UFC 317 turniri keçirilib.

Allsport.az xəbər verir ki, gecənin əsas döyüşündə keçmiş yüngül çəki çempionları İlya Topuriya və Çarlz Oliveyra qarşılaşıblar

Görüşün mükafatı yarım orta dizivona keçən İslam Mahaçevin azad etdiyi yüngül çəki kəməri idi.

Maraqla gözlənilən döyüşün ilk raundunda Topuriya Oliveyranı nokaut edib.

İlya daha əvvəl yarım yüngül çəki dərəcəsinin də çempionu olmağı bacarmışdı. O, UFC tarixində iki divizionda kəmər qazanan 10-cu döyüşçü olub.

Həmin kateqoriyadan