- Baxış sayı: 57
- 06 Mart 2026 22:52
- Baxış sayı: 300
- Mart 05, 2026
- 0

Türkiyə kubokunda 2-ci təsnifat mərhələsinin görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budağın formasını getindiyi “Kayserispor” aşağı liqa klubu “Orxanqazispor”la qarşılaşıb.
Görüşün əsas vaxtı 2:2 hesabı ilə bitdiyindən, əlavə yarım saat oynanılıb. Məhz bu vaxt ərzində daha bir qol vuran Superliqa təmsilçisi mərhələ adlaya bilib.
Futbolçumuz bu matça start heyətdə başlayıb. O, hesab 1:1 olarkən, 58-ci dəqiqədə əvəzlənib. Bundan 5 dəqiqə öncə isə o, sarı vərəqə alıb.