Ukrayna “Azov” batalyonuna qarşı pankarta görə “Aris”i cəzalandırmağı tələb edir

Ukrayna futbol assosiasiyası (UAF) UEFA-nı, konfrans liqasının Kiyev “Dinamo”su ilə oyununda “Azov batalyonu”na qarşı pankarta görə, Yunanıstanın “Aris” klubunun azarkeşlərinə sanksiya tətbiq etməyə çağırıb.

Allsport.az saytı xəbər verir ki, avqustun 10-unda “Aris” – “Dinamo” (1:0) oyunu zamanı meysan sahiblərinin azarkeşləri tribunada “Azovda nasistləri məğlub et” yazısı olan pankart asıblar.

“Biz UEFA-dan və Yunanıstan futbol federasiyasından olan həmkarlarımızdan təsvir olunan epizodu diqqətlə nəzərdən keçirmələrini və qanunu pozanlara qarşı sərt tədbirlər görmək, habelə gələcəkdə oxşar halların qarşısını almaq üçün tədbirlər görmək imkanı tapmalarını xahiş edirik”, – UAF-in bəyanatında deyilir.

Həmin kateqoriyadan