- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Ermənistanın beynəlxalq arenada təxribatı daha bir qalmaqala səbəb olub. Allsport.az saytı xəbər verir ki, Ukraynada kunq fu və uşu üzrə keçirilən Avropa çempionatında kütləvi dava düşüb. Çaxnaşmanın səbəbi azərbaycanlı və erməni idmançıların döyüşü zamanı Dağlıq Qarabağda qurulan separatçı rejimin “bayrağı”nın arenaya gətirilməsi olub.
Rinqdə bizimki ilə döyüşən erməni idmançı kənarda dayanan həmyerlimizə qəfil hücum edib. Bundan sonra, qarşılıqlı hücum başlayıb. Azərbaycan və erməni heyətinin iştirakı ilə kütləvi davada idmançılar da daxil olmaqla, onlarla insanın iştirak edib, yarış keçirilən arenanın oturacaqları dağıdılıb.