- Baxış sayı: 59
- 27 Fevral 2025 10:00
- Baxış sayı: 72
- Mart 02, 2025
- 0
31 yanvarda, ulu öndər Məhəmmədəmin Rəsulzadənin doğum günündə “Ləndmark” mehmanxanasında şahmat üzrə Azərbaycan çempionatının açılışı oldu. Allsport.az saytı xəbər verir ki, öncə dövlət himni səsləndirildi. Ardınca 2-ci Vətən müharibəsi şəhidlərinin, Bakı-Qroznı reysində həlak olanların və ölkə şahmatının inkişafında xidmətləri olan Qasım Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan şahmatının inkişafında misilsiz rolundan danışan video göstərilib. Daha sonra “Sirab” brendi fəxri tərəfdaş olaraq Azərbaycan şahmat federasiyası tərəfindən təltif olundu.
Turnirin tanıtım videoçarxı nümayiş etdiriləndən sonra püşkatma mərasimi keçirilib. Püşk mərasimində AŞF-nin baş katibi İlahə Qədimova və iqtisadiyyat nazirliyi yanında dövlət vergi xidmətinin rəisi Orxan Nəzərli iştirak edib.
Ölkə çempionatında 1-ci mərhələnin oyunları fevralın 1-i saat 15:00-da start götürəcək. Kişilərin yarışının mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. İlk cinsdə 26, xanımlarda 16 qrossmeyster qalib adı uğrunda mübarizə aparacaq.