“Ülviyyə Fətəliyevanın Avropa çempionluğu bu il tarixə ilk kimi düşdü”

Gənclər və idman naziri Fərid Qayıbov, ilin Azərbaycan şahmatı üçün uğurlu alındığını deyib. Allsport.az saytı xəbər verir ki, o, Ülviyyə Fətəliyevanın şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı olmasını 2024-cü ilin ən yaddaqalan və unudulmaz hadisələrindən biri kimi dəyərləndirib:

“Ülviyyə Fətəliyevanın Avropa çempionluğu bu il tarixə ilk kimi düşdü. Bu, illərlə görülən işlərin nəticəsidir. Şahmat ailəsi hər zaman bərabərdir. Federasiya hərtərəfli və düzgün çalışır. Ənənəvi yarışlarımız keçirilir, beynəlxalq turnirlərə ev sahibliyi edirik. Hər dəfə müxtəlif yaş qruplarında nəticə olur. Bu da bütün bölgələrdə bu idman növünə göstərilən qayğı, dövlətin dəstəyinin nəticəsidir. İnanıram ki, yaxşı nəticələr davam edəcək. Biz nazirlik olaraq federasiyanın işindən razıyıq”.

Həmin kateqoriyadan