- Baxış sayı: 71
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

İtaliyada şahmat festivalı davam edir. Allsport.az saytı xəbər verir ki, “A” turnirində çıxış edən Ülviyyə Fətəliyeva, 5-ci turda qələbə qazanıb. Hesabında xalların sayını 3,5-ə çatdıran təmsilçimiz, bu nəticə ilə 12-28-ci yerləri bölüşür.
Digər şahmatçımız Gövhər Beydullayeva isə komanda yoldaşından fərqli olaraq turun qarşılaşmasını məğlub başa vurub. O, 2,5 xalla 57-ci pillədədir.
“A” turnirində 30-u qrosmeyster olmaqla, 124 şahmatçı mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.