- Baxış sayı: 314
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

Romada Avropa çempionatında Ülvü Qənizadə (72 kq) yarışı 3-cü yerdə başa vurdu. Mükafatlandırma mərasimindən sonra o, fikirlərini allsport.az-a bölüşdü:
“Təzə 21 yaşım oldu. İlk dəfə böyüklərin yarışında çıxış etdim. Nəticəni pis saymaq olmaz. İnşallah, bundan sonra da da sübut etməyə çalışacağam. Növbəti illərdə hazırlaşıb, bu nəticənin daha yaxşısını qazanmağa çalışacağam.
Yarışlar hələ çoxdur. Mənim çəkim olimpiyaya daxil deyil. Qismət olsa, gələcəkdə olimpiadada çıxış etmək üçün çəkimi 67 kiloqrama salmağa çalışacağam. Məşqçilərin qərarından asılıdır. Həm də özümü sübut etməliyəm”.
Kamran HACI, Roma