- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Azərbaycanda Vüqar Həşimov memorialının təşkili çox mühüm hadisədir. Pandemiya dövrünə baxmayaraq, belə mötəbər turnirin təşkilinə görə çox şadam. Bunun üçün Vüqar Həşimov şahmat fonduna təşəkkürümü bildirirəm”.
Allsport.az saytı xəbər verir ki, bunu AŞF-in prezidenti Mahir Məmmədov deyib. Təşkilat komitəsinin fəaliyyətini yüksək qiymətləndirən iş adamı, fikrinə nunu əlavə edib:
“Məşhur şahmatçıların ölkəmizə gəlmələrini olduqca qısa vaxtda təşkil etmək asan məsələ deyil. Bu yarışda SOCAR da ənənəsinə sadiq qalaraq, sponsorluq xidmətini davam etdirir. Bunlar sevindirici hallardır. Memorial pandemiya ilə əlaqədar ötən il baş tutmadı.
Lakin 2021-ci ildə biz əsas ənənələrimizdən biri olan Vüqar Həşimov memoralını bərpa edə bildik. Azərbaycan bu turnirlə dünya şahmat təqvimində özünü yenidən tanıtdıracaq. Ümid edirəm ki, gələn il bu ənənə daha dolğun şəkildə, sərbəst şəraitdə və hər birimizin arzuladığı kimi işğaldan azad olunmuş ərazilərimizdə keçiriləcək”.