- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 86
- Noyabr 21, 2024
- 0
Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının hazırlığı ilə əlaqədar görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda əsas yığmanın Qəbələ, ikinci komandanın Bakıdakı hazırlığı o cümlədən qadın şahmatçıların ilk təlim-məşq toplanışı müzakirə edilib. AŞF-in vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov bildirib ki, bundan sonra da olimpiadada iştirak edəcək bütün komandalara hazırlıq üçün yüksək səviyyədə şərait yaradılacaq:
“42-ci Ümumdünya Şahmat Olimpiadası şahmatçılarımız üçün böyük əhəmiyyət kəsb edir. İlk dəfə olaraq belə mötəbər yarış Azərbaycan paytaxtında təşkil olunacaq. Olimpiadada layiqincə iştirak etmək üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası tərəfindən bütün komandalarımıza lazımi şərait yaradılıb. Həm kişi, həm də qadınlardan ibarət komandalar artıq təsdiq olunan hazırlıq proqramına uyğun məşqləri davam etdirəcək.
Kişilərdən ibarət əsas yığmanın olimpiadaya qədər daha iki təlim-məşq toplanışı nəzərdə tutulub. Ümid edirik ki, komandalarımız Bakı Şahmat Olimpiadasında Azərbaycanın idman şərəfini layiqincə qoruyacaq”.