- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Naxçıvanının ev sahibliyi edəcəyi 16 yaşlılar arasında ümumdünya şahmat olimpiadasının təşkilat komitəsinin iclası olub. Allsport.az saytı xəbər verir ki, muxtar respublikası ali məclisinin Sədri Vasif Talıbov müşavirəni açıb, şahmatın inkişafı sahəsində görülən işlərdən bəhs edib.
Naxçıvan şahmat federasiyasının sədr müavini Emin Hacıyev, tədbirə hazırlıq işləri ilə bağlı məlumat verib. Qeyd olunub ki, Naxçıvan şahmat mərkəzində təmir işləri aparılıb, FİDE-nin standartlarına uyğunlaşdırılıb, elektron şahmat lövhələri alınıb. Olimpiadanın rəsmi internet səhifəsi və əsasnaməsi hazırlanaraq beynəlxalq şahmat federasiyasına göndərilib və məlumatlar federasiyanın rəsmi internet səhifəsində yerləşdirilib. Bu günədək 25 ölkədən 34 komanda qeydiyyatdan keçib.
Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov, olimpiadaya yüksək səviyyədə hazırlığa görə ali məclisin sədrinə minnətdarlıq edib, burada ölkə səviyyəli yarışlarla yanaşı, dünya səviyyəli turnirlərin da təşkil olunduğunu, Naxçıvan çahmat mərkəzinin müasir səviyyədə qurulduğunu, oyunların keçirilməsi, hakimlərin təşkilatlanma və idarəetməsi, azarkeşlərin rahat şəkildə oyunları izləməsi üçün bütün şəraitin olduğunu bildirib, olimpiadaya hazırlıq və yarışların keçirilməsi ilə bağlı məsələlərdən danışıb.
Ümumdünya çahmat olimpiadası bu ilin oktyabrında təşkil olunacaq.