Ümumdünya Şahmat Olimpiadasının açılış və bağlanışına həsr olunan iclas

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış və bağlanışının təşkilinə həsr olunan növbəti iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda əvvəlcə mərasimin ssenarisi müzakirə edilib, sonra təhlükəsizlik, nəqliyyat məsələləri barədə fikir mübadiləsi aparılıb və müvafiq şöbələrə tapşırıqlar verilib.

Açılışdaə iştirak edəcək qonaqların və şahmatçıların yerləşdirilməsi, media nümayəndələrinin rahat işləməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb. Əməliyyat Komitəsinin Nəqliyyat departamentinə tapşırılıb ki, 4000-ə yaxın tamaşaçı və rəsmilərin arenaya vaxtında və rahat gəlməsini təmin etsin.

Turnirin mətbuat xidməti xəbər verir ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış və bağlanış mərasimləri Milli Gimnastika Arenasında baş tutacaq. Sentyabrın 1-də keçiriləcək açılış mərasimi saat 19-da başlayacaq.

Həmin kateqoriyadan