- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Dənizkanarı Bulvar – İçəri Şəhər ərazilərində ümummilli lideri Heydər Əliyevin xatirəsinə səmti müəyyənetmə üzrə kubok yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, bu mübarizədə fərqləndirən əsas cəhət ilk dəfə sprint növünün şəhər ərazisində baş tutması olub. Bununla da, Bakıda təşkil olunan bir sıra idman növləri sırasına səmti müəyyənetmə də qatılıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra federasiya prezidenti Mirəli Kazımov, federasiyanın fəxri üzvü, eləcə də Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko, Dənizkanarı Bulvar İdarəsi Administrasiyasının rəhbəri Elmir Bağırov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qasımzadə çıxış edərək yarış iştirakçılarını salamlamış və onlara uğurlar arzulamışlar.
Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Gənclər və İdman Nazirliyi, Dənizkanarı Bulvar İdarəsi, İçəri Şəhər Tarix-Memarlıq Qoruğu İdarəsi, İrəli İctima Birliyinin və o cümlədən Türkiyə Səmti Müəyyənetmə Federasiyasının təşkilati dəstəyi ilə yarışda idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri, ali təhsil müəssisələrindən ümumilikdə 26 komanda və eləcə də fərdi iştirakçıları olmaqla 280-a yaxın idmançı müxtəlif kateqoriyalar üzrə mübarizə apardılar. Onu da qeyd edək ki, keçirilmiş kubok yarışında iştirak etmiş idmançı sayı ilə bu idman növü üzrə yeni rekord müəyyən olundu. Beləliklə səmti müəyyənetmənin ölkədə kütləviliyinin artırılması üçün mühüm addım atılmış oldu.
Bu yarışı fərqləndirən əsas cəhət ilk dəfə səmti müəyyənetmənin sprint növünün şəhər ərazisində keçirilməsi idi. Bununla da Bakıda təşkil olunan Marafon, Formula-1 kimi bir sıra idman növləri sırasına səmti müəyyənetmə də qatıldı və ölkənin idman ənənəsinə öz tövhəsini verdi.
Gərgin keçən mübarizədə komanda hesabında Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası qalib gələrək yarışın kubokunu qazanmışdır. Neftçi İdman Klubu ikinci, İrbis klubu isə üçüncü olmuşdur. Sonda fərqlənən idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilmişdir.