- Baxış sayı: 71
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
“Unibank” əməkdaşları banklar arasında keçirilən şahmat çempionatını qələbə ilə başa vurublar. Allsport.az saytı xəbər verir ki, yarışda bankın risk menecment departamentinin mütəxəssisi Rəsul Mənsimli 1-ci yeri tutub. Komanda hesabında da “Unibank” qalib olub.
Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Banklar Arasında Şahmat üzrə şəxsi çempionat” bir həftə davam edib. Bu mübarizədə 20 bankdan 82 nümayəndə qoşulub.