Upamekano uğrunda mübarizə

“Barselona” və “Real Madrid” “Bavariya”ın müdafiəçisi Dayo Upamekanonu heyətinə qatmaq üçün fəal danışıqlar aparırlar.

Allsport.az xəbər verir ki, 27 yaşlı fransalı futbolçunun Münhen təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır. Azad agent statusu almağa yaxın olan mərkəz müdafiəçisi ilə “Liverpul”, “Çelsi” və “Tottenhem” klubları da yaxından maraqlanırlar.

Upamekano 2021-ci ildən “Bavariya”nın şərəfini qoruyur. Münhen klubu oyunçuya yeni müqavilə təklif etsə də, tərəflər hələlik maliyyə şərtlərində tam razılığa gəlməyiblər.

Həmin kateqoriyadan