- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Millinin Güney Azərbaycan əsilli yunan-Roma güləşçisi Oyan Nəzəriani son günlər dünyanı sarsıdan koronavirusunun həmyerlilərinə fəsadından danışıb. Allsport.az saytına açıqlama verən 25 yaşlı idmançı hər dəfə ölüm xəbəri eşidəndə üzüldüyünü deyib:
“Təəssüflər olsun ki, Arazın o tayında bu virusa yoluxanlar çoxdur. Eləcə də dünyasını dəyişənlər. Demək olar ki, hər gün qohumlarla danışıram. Bütün şəhərlərdə evdən çölə çıxma dayanıb. Hamı karantin şəraitindədir. Ümid edirik ki, koronavirusun dərmanı tapıla və bütün dünya bu fəlakətdən qurtula.
Urmiyalı bahadır çalışmalardan da danışıb. Deyib ki, fürsət versələr ölkəmizi uğurla təmsil etməyə hazırdır: “Məşqləri əla vəziyyətdə davam etdirirdim. Fövqəladə hal ilə bağlı indi toplanışa qısa ara vermişik. Amma özümə inanıram, iddiam da var: sonuna qədər olimpiadada Azərbaycanımızı təmsil etmək və orda bayrağımızı dalğalandırmaq. Ölkə daxili və xarici rəqiblərimin heç birindən çəkinmirəm. Bütün gücümü ortaya qoyub məmləkətə uğur gətirməyə çalışacağam”.