Ustadlar Tokio olimpiadasına yollanan cüdoçularımıza xeyir-dua verdi

Bu gün cüdo millimiz Tokio olimpiadasına yollanıb. Allsport.az saytı xəbər verir ki, komandamızı hava limanında ustadlar, məşqçilər, idmançılar və olimpiyaçılarımıızn yaxınları yola salıblar. Pandemiya ilə əlaqədar, bu dəfə təntənəli törən olmayıb.

Tokio-2020-də ölkəmizi Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Kokauri Uşangi (+100 kq), Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq) təmsil edəcəklər.

Olimpiya oyunlarında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək. 

Həmin kateqoriyadan