Vəliyeva 7-ci olub

Avstriyanın Lints şəhərində keçirilən cüdo üzrə Qran-priyə start verilib.

Allsport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin iki idmançısı tatamiyə çıxıb.

52 kq çəkidə mübarizəyə qoşulan qadın cüdoçularımız medal qazana bilməyiblər.

Qadınlar
52 kq

Hər iki cüdoçumuz ikinci mərhələdən mübarizəyə start verib. Gültac Məmmədəliyeva Camila Silvaya (Kabo-Verde)
uduzaraq yarışla vidalaşıb.

Aydan Vəliyeva öncə israilli Rut Lavi, ardınca ABŞ təmsilçisi Ancelika Delqadonu məğlub edib. O, 1/4 finalda braziliyalı Cessika Pereyraya uduzub. Aydan təsəlliverici görüşdə Mariya Siderota (Portuqaliya) uduzaraq, Qran-Prini 7-ci pillədə başa vurub.

Həmin kateqoriyadan