- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 169
- Yanvar 19, 2025
- 0
Bu gün Tiflisdə FİDE qran-prisinin 3-cü mərhələsində 3-cü turun görüşləri keçirilib. Allsport.az saytının məlumatına görə, hesabat turunda 1 şahmatçımız qələbəyə sevinib.
Qara fiqurlarla rusiyalı Dmitri Andreykinlə qarşılaşan Şəhriyar Məmmədyarov, 57-ci gedişdə onu təslim olmağa məcbur edib. Bu partiyada qrossmeysterlər Vəzir qambiti oynayıblar.
Digər təmsilçimiz Teymur Rəcəbov yenə sulh bağlayıb. O, qara fiqurlarla Petr Svidlerlə 30-cu gedişdə xalı yarıya bölüb.
3-cü tur
Petr Svidler (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan) 0,5:0,5
Maksim Vaşye-Laqrav (Fransa) – Lenyer Dominges (Kuba) 0,5:0,5
Rüstəm Qasımcanov (Özbəkistan) – Aniş Giri (Niderland) 0,5:0,5
Dmitri Andreykin (Rusiya) – Şəhriyar Məmmədyarov (Azərbaydcan) 0:1
Yevqeni Tomaşevski (Rusiya) – Aleksandr Qrişuk (Rusiya) 1:0
Bahadur Cobava (Gürcüstan) – Dmitri Yakovenko (Rusiya) 0:1
Yarış cədvəli: 1.Tomaşevski – 2,5 xal; 2-4.Məmmədyarov, Yakovenko, Giri – 2; 5-8. Qasımcanov, Qrişuk, Dominges, Rəcəbov – 1,5; 9-11. Vaşye-Laqrav, Andreykin, Svidler – 1; 12.Cobava – 0,5.