- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0
AFFA-nın Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov baş katib Elxan Məmmədovla keçirəcəkləri qarşıdakı görüşlə bağlı fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“AFFA-nın baş katibi ilə planlaşdırılmış görüş Elxan Məmmədovun gərgin qrafiki səbəbindən təxirə salındı. Amma bu həftə həmin görüş baş tutmalıdır. Məşqçilər Komitəsinin 5-ci üzvlüyünə və Azərbaycanın gənclərdən ibarət yığmasının baş məşqçi postuna 5 namizədimiz var. Öncə komitənin son üzvünü müəyyənləşdirməyə çalışacağıq. Ardından isə U-21-in baş məşqçisi seçilməlidir. Planlarımıza Robert Prosineçki ilə daha bir görüş keçirmək də daxildir. Çünki o, dekabrın 22-də ölkəsinə getməyi planlaşdırır”.