- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 85
- Noyabr 21, 2024
- 0
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının 3-cü turunda 2-ci komandamız Hindistanna 1:3 məğlub olub. Allsport.az saytı xəbər verir ki, 1-ci lövhədə əyləşən Vasif Durarbəyli Pentala Harikrişna ilə heç-heçə edib. Partiyadan sonra keçirilən mətbuat konfransında, o, rəqibin zəif olmadığını söyləyib:
“Rəqibim güclü qrossmeyster idi. Hər şey plana uyğun idi. Təssüf ki, Harikrişna səhv etmədi. Ona görə də görüş heç-heçə tamamlandı. Son şans olaraq rəqibə tələ qursam da, aldanmadı. Birinci tur da mənim üçün uğurlu keçməmişdi.
Mozambik şahmatçısı ilə görüşdə 1 səhv etdim və yekunda heç-heçə qeydə alındı. Halbuki bir piyada üstün idim. İlk günlər çətinliklər oldu. Amerikadan gəldiyim üçün saat fərqinə uyğunlaşmaq üçün vaxt lazım idi”.